İtaliyanın əyalətində muxtariyyətlə bağlı referendum keçirilir

22-10-2017, 10:53
Oxunub: 29
12 milyon seçicinin referendumda iştirakı gözlənilir


Bu gün İtaliyanın şimalında yerləşən Lombardii və Veneto əyalətlərində muxtariyyət statusu əldə edilməsi ilə bağlı referendum keçirilir.

APA-nın “Rai Radio 1” radiosuna istinadən verdiyi məlumata görə, 12 milyon seçicinin referendumda iştirakı gözlənilir.

Lombardii və Veneto İtaliyanın daha çox inkişaf etmiş əyalətləridir. Referendum daha çox məsləhət xarakteri daşıyır, referendumun birbaşa nəticəsi olmayacaq. Çünki İtaliya Konstitusiyasına əsasən regionların səlahiyyət dərəcəsi yalnız dövlətlə danışıqlar prosesində müəyyənləşə bilər. Əgər bu iki regionda keçirilən referendum zamanı muxtariyyət ideyası dəstəklənərsə, regional administrasiyaların rəhbərləri olan qubernatorlar faktiki olaraq belə danışıqlar aparmaq üçün xalq mandatı əldə edirlər. Ancaq İtaliya hakimiyyəti referendumu qanuni saysalar da, bunu “mənasız siyasi addım” sayırlar. Çünki İtaliya Konstitusiyası muxtariyyət barədə danışıqlara referendumsuz da başlamağa icazə verir.

Səsvermə prosesi yerli vaxtla saat 23.00-da başa çatacaq. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti