Sloveniyada prezident seçkiləri keçirilir

22-10-2017, 10:42
Oxunub: 29
3 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 19.00-a qədər açıq olacaq


Bu gün Sloveniyada prezident seçkiləri keçirilir.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, 1,7 milyondan çox seçicinin səs verəcəyi 3 mindən çox seçki məntəqəsi yerli vaxtla saat 19.00-a qədər açıq olacaq.

Seçkinin favoriti hazırkı dövlət başçısı Borut Paxor sayılır. Analitiklər B. Paxorun qələbə qazanacağına şübhə etmir, yalnız onun seçicilərin 50 faizindən çoxunun səsini qazanaraq birinci turda, yaxud ikinci turda qələbə qazanacağı müzakirə mövzusudur.

“Ninamedia” sorğu şirkəti namizədlər arasında populyarlığına görə 19,6 faizlə ikinci yerdə keçmiş komediya aktyoru, Kamnik şəhərinin meri Maryan Şaretsin, üçüncü yerdə 10,6 faizlə sağ-mərkəzçi Sloveniya Demokrat Partiyasının namizədi, Avropa Parlamentinin üzvü Roman Tomtsın qərarlaşdığını açıqlayıb. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti