Türkiyə "Qazprom"a müsbət rəy verib

21-10-2017, 18:57
Oxunub: 35
Boru xəttinin planlanan nəqletmə gücü illik 31,5 mlrd. kubmetrdir


Türkiyə öz sahilində Rusiyanın "Qazprom" şirkətinin "Türk axını" layihəsinin son məntəqəsinin ətraf mühitə təsirinə dair hesabata müsbət rəy verib.

"Report"un "Interfax"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın energetika nazirinin müavini Anatoli Yanovski məlumat verib.

Rusiya mətbuatı yazır ki, bu boru xətti ilə tədarük olunacaq qazın qiymətinə dair məsələ hazırda Energetika Nazirliyi səviyyəsində müzakirə edilmir.

Qeyd edək ki, "Qazprom" Ukrayna ərazisindən keçən yolu qısaltmaq üçün Qara dənizi vasitəsilə "Türk axını" qaz kəmərini tikir. Boru xəttinin planlanan nəqletmə gücü illik 31,5 mlrd. kubmetrdir. Türkiyənin bu layihədən ildə 15,75 mlrd. kubmetr təbii qaz alması və qalan 15,75 mlrd. kubmetr qazın Avropaya ixrac edilməsi nəzərdə tutulur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti