Əfqanıstanın paytaxtı raket atəşinə məruz qalıb

21-10-2017, 16:09
Oxunub: 41
Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb


Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

APA-nın məlumatına görə, bu barədə “Tolo News” telekanalı xəbər verib.

İlkin məlumata əsasən, Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) qərargahının ərazisinə bir neçə raket mərmisi düşüb.

Dağıntı və zərərçəkənlər barədə məlumat daxil olmayıb.

Telekanala görə, partlayış baş verən ərazidə bir çox inzibati binalar, prezident sarayı, xarici səfirliklər və  beynəlxalq hava limanı yerləşir.

Qeyd edək ki, ötən axşam Əfqanıstanın paytaxtında məsciddə törədilən partlayış nəticəsində azı 40 nəfər ölüb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti