Putin və Ərdoğan arasında telefon danışığı olub

21-10-2017, 16:06
Oxunub: 33
Prezidentlər Astana prosesi çərçivəsində birgə görülən işləri müsbət qiymətləndiriblər


Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında   telefon danışığı olub.

APA-nın xəbərinə görə, bu barədə Kremlin məlumatında bildirilir. Prezidentlər söhbət zamanı Suriya ətrafında vəziyyəti müzakirə ediblər.

Bildirilir ki, dövlət başçıları oktyabrın sonunda Qazaxıstan paytaxtında Suriya üzrə növbəti, yeddinci beynəlxalq görüşün perspektivlərini müzakirə ediblər. “Suriyada vəziyyətin nizamlanması üçün səylərin əlaqələndirilməsinə dair praktiki məsələlərə toxunulub. Prezidentlər Astana prosesi çərçivəsində birgə görülən işləri müsbət qiymətləndiriblər”, məlumatda qeyd olunub.

Tərəflər həmçinin Rusiya-Türkiyə əməkdaşlığının müxtəlif sahələrdə inkişafından məmnunluq ifadə ediblər. "Sentyabrın 28-də Ankarada keçirilmiş görüşdə əldə edilən razılaşmalar uğurla həyata keçirilir, o cümlədən iqtisadi-ticarət sahəsində", məlumatda deyilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti