Somalidə partlayış nəticəsində ölənlərin sayı 358-ə çatıb

21-10-2017, 16:04
Oxunub: 29
Məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib


Somalinin paytaxtı Moqadişo şəhərində törədilən partlayış nəticəsində ölənlərin sayı 358 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Somalinin İnformasiya naziri Əbdürrəhman Osman bildirib.

“Son məlumata görə, hadisə nəticəsində 358 nəfər ölüb, 228 nəfər yaralanıb, 56 nəfər itkin düşüb. Yaralılardan 56-sı müalicə üçün Türkiyə, Sudan və Keniyaya göndərilib”, deyə nazir qeyd edib.

Oktyabrın 14-də Somalinin paytaxtı Moqadişonun mərkəzində içərisinə partlayıcı qurğu  yerləşdirilmiş yük maşını partladılıb. Terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti