Ermənistan MDB-də sonuncu yerdədir

21-10-2017, 14:12
Oxunub: 34
MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatında bildirilib


Azərbaycanda əsas kapitala qoyulan investisyanın həcmi 2010-2016-ci illər ərzində 1,2 dəfə artıb.

"Report" xəbər verir ki, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin hesabatında bildirilib.

Sənəddə vurğulanıb ki, bu müddət ərzində əsas kapitala edilən yatırımların həcminə görə ən pis nəticə Ermənistanda qeyd alınıb. Bu ölkədə 2010-2016-cı illər ərzində müvafiq yatırımların həcmi 29% azalıb. Bu göstəriciyə görə Ermənistan Moldova (-5%) və Belarusdan (-28%) sonra gəlir.

Mərkəzi Asiya ölkələri əsas kapitala qoyulan yatırımların həcminə görə liderdir (1,7-2,2 dəfə).

Hesabata əsasən, 2017-ci ilin ilk yarısında MDB ölkələrində əsas kapitala edilən yatırımların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3% artıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti