"Marneulidəki silahlı insidentin siyasətlə əlaqəsi yoxdur"

21-10-2017, 13:45
Oxunub: 110
Nazir insidentlə bağlı istintaqın davam etdiyini deyib


Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili Marneuli rayonunun Qızılhacılı kəndində baş vermiş silahlı insidentin siyasətlə heç bir əlaqəsinin olmadığını bildirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, nazir insidentlə bağlı istintaqın davam etdiyini deyib.

“İstintaqın detalları barədə danışa bilmərəm. Baş vermiş hadisə siyasətdən tamamilə uzaqdır”,- deyə nazir söyləyib. 

Xatırladaq ki, oktyabrın 19-da gecə naməlum şəxslər hakim “Gürcü Arzusu” partiyasının Marneuli rayon bələdiyyə üzvlüyünə Qızılhacılı kəndi üzrə majoritar namizədi Ceyhun Çovdarov və onu müşayiət edən 4 nəfərə atəş açıblar. Onların hamısı güllə yarası alıb. Hadisə “Gürcü Arzusu” partiyasının kənddəki qərargahı yaxınlığında baş verib.

Bildirilir ki, xəstəxanada olan C. Çovdarovun vəziyyəti stabildir. Daha iki nəfər yaraları ağır olmadığından evə buraxılıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti