Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

21-10-2017, 13:43
Oxunub: 209
216 mln. 628,46 dollar dəyərində 208 min 436,79 ton meyvə-tərəvəz ixrac edilib


Azərbaycanın meyvə-tərəvəz ixracını artıb.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, 2017-ci ilin yanvar-sentyabr ayları ərzində ölkədən statistik dəyəri 306 mln. 509,96 min dollar olan 314 min 316,56 ton meyvə-tərəvəz ixrac ki, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 132 min 879,77 ton və ya 63,75% çoxdur.

Məbləğ baxımından isə illik artım 89 mln. 881,5 min dollar və ya 41,49% olub.

Qeyd edək ki, 2016-cı ilin yanvar-sentyabr ayları ərzində Azərbaycandan xaricə 216 mln. 628,46 dollar dəyərində 208 min 436,79 ton meyvə-tərəvəz ixrac edilib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti