İspaniya hökuməti Kataloniyada yeni seçkilər keçirəcək

20-10-2017, 14:16
Oxunub: 266
Hökuməti ilə Kataloniyanın Sosialist Fəhlə Partiyası arasında razılıq əldə edilib


Gələn ilin yanvarında Kataloniya əyalətində növbədənkənar parlament seçkiləri keçiriləcək. 

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bununla bağlı İspaniya hökuməti ilə müxalifətdə olan Kataloniyanın Sosialist Fəhlə Partiyası arasında razılıq əldə edilib.

Həmin partiyanın təmsilçisi Karmen Kalvo bildirib ki, seçkilər Kataloniya muxtariyyətinin ləğvi ilə bağlı İspaniya Konstitusiyasının 155-ci maddəsinin tətbiqi çərçivəsində keçiriləcək.

Qeyd edək ki, İspaniya hökuməti Kataloniyanın muxtariyyət statusunun dayandırılması üçün prosedurlara başlayıb. Həmin maddəyə əsasən, Kataloniya əyalətinin muxtariyyət statusu ləğv olunacaq. Bunun üçün prosedurların oktyabrın 21-dən icra olunmasına başlanılacaq.

Xatırladaq ki, İspaniya hökuməti Kataloniyadakı yerli hakimiyyətə krallığın tərkibindən çıxıb-çıxmamaqla bağlı qərarı elan etmək üçün oktyabrın 19-u saat 12:00-dək (Bakı vaxtı ilə) möhlət vermişdi. Kataloniya hökumətinin başçısı Karlos Puçdemon oktyabrın 19-da bildirib ki, İspaniya hökuməti onun görüş tələbini qəbul etməzsə, əyalət parlamenti krallığın tərkibindən çıxdığını elan edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti