Azərbaycana gətirilən avtomobillərin sayı 70% artıb

20-10-2017, 13:08
Oxunub: 265
52 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir


Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana ümumilikdə 6 643 ədəd avtomobil idxal olunub.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, ötən ilin analoji dövrü ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 2 737 ədəd avtomobil və ya 70,07% artıb.

Ölkəyə gətirilən avtomobillərin 138 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 5 783 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 670 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 52 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti