Azərbaycan ərəb ölkələrinə fond yaratmağı təklif edib

20-10-2017, 12:16
Oxunub: 207
"Ümid edirəm ki, bu layihə də reallaşacaq"


"Körfəz ərəb ölkələrinin Azərbaycanda sənaye parklarında birgə müəssisələr yaratması üçün geniş imkanlar var".

"APA-Economics" xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan-Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasına üzv ölkələri biznes forumunda iqtisadiyyat naziri Şahin Mustafayevdeyib.

Nazirin sözlərinə görə, sənaye parklarında sahibkarlar üçün geniş imkanlar yaradılıb: "Azərbaycanda özəlləşdirilmə proqramı artıq geniş vüsət alıb, müvafiq portal yaradılıb. Siz bu portaldan yararlanmaqla əlverişli imkanlardan yararlana bilərsiniz".
 
Ş. Mustafayev əlavə edib ki, Azərbaycan və Körfəz ərəb ölkələri birgə investisiya fondu da yarada bilər. "Bizim "Xəzər Beynəlxalq İnvestisiya Şirkəti"miz var. Analoji formatda investisiya fondu yaratmaq olar. Biz Qətərlə investisiya fondunun yaradılması ilə bağlı danışıqlar aparırıq. Ümid edirəm ki, bu layihə də reallaşacaq", - deyə nazir vurğulayıb.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti