Marneulidəki insidentlə bağlı intensiv istintaq tədbirləri həyata keçirilir

20-10-2017, 09:27
Oxunub: 324
Bu barədə Marneulidə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili deyib


Marneulinin Qızılhacılı kəndində azərbaycanlı majoritar namizəd Ceyhun Çovdarov və onu müşayiət edən üç şəxsin güllələnməsi ilə bağlı intensiv istintaq və əməliyyat tədbirləri həyata keçirilir.

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Marneulidə olan Gürcüstanın daxili işlər naziri Giorgi Mqebrişvili deyib.

Nazir insidenti siyasiləşdirməməyə və ilkin versiyalardan çəkinməyə çağırıb: “İnsidentlə bağlı istintaq aparılır və bütün versiyalar nəzərdən keçirilir. Həkimlərin dediyinə görə, yaralı şəxslərin həyatı təhlükədə deyil”. 

Hazırda Gürcüstanın səhiyyə naziri David Sergeenko yaralıların olduğu xəstəxanadadır. Nazirə yaralı şəxslərin vəziyyəti barədə məlumat verilib. Kvemo Kartli bölgəsinin qubernatoru Giorgi Nemsadze də xəstəxanaya baş çəkib. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti