Türkiyə və Azərbaycan rəssamlarının görüşü baş tutacaq

19-10-2017, 12:49
Oxunub: 421
Sərgi 3 gün davam edəcək


Oktyabrın 19-da, saat 19:00-da Bakıda Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Muzey Mərkəzində “Rənglərin Qardaşlığı” adlı rəsm sərgisinin rəsmi açılış mərasimi keçiriləcək.

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Türkiyə və Azərbaycan rəssamlarının qardaşlaşmış şəhərlər – Bakı və İzmirə həsr olunmuş əsərləri nümayiş etdiriləcək.

Müşavirlikdən Etatist.com-a verilən məlumata görə, Türkiyənin Azərbacandakı dimlomatik nümayəndəliyi iki qardaş ölkə arasında iqtisadi, sosial və mədəniyyət sahəsində əlaqələrin inkişaf üçün göstərilən səyləri dəstəkləyir və təşfiq edir: “Təbii ki, müsbət məcrada inkişaf edən əlaqələrin hazırki səviyyəsi bizi qane edə bilməz. Xüsusilə mədəni müstəvidə Türkiyə-Azərbaycan əməkdaşlığının daha da genişlənməsinə və dünyada baş verən qlobal təlatümlər fonunda iki qardaş ölkənin bir-birinə daha da bağlanmasına ehtiyac var. Bu mənada, incəsənətin müxtəlif növlərində müştərək layihələrin həyata keçirilməsi ilə xalqlarımızı bir-birinə daha da yaxınlaşdırmalıyıq”.

Qeyd edək ki, rəsm sərgisinin kuratoru tanınmış azərbaycanlı rəssam Gunay Mehdizadədir. Sərgidə Azərbaycandan adıçəkilən rəssamla yanaşı Suğra Bağırzadə, Ədalət Əfəndi, Elnar Ağamirzə, Ələsgər Kazımov, Rüfət Əsgərov, Azər İslam, Mehriban Mehdizdə və Rəfixan Mövlanovun, Türkiyədən isə Ertuğrul Keskin, Faden Suzan Kudsioğlu, Mahmut Durmuş, Hatice Reyhan Abacıoğlu, Bedri Karayağmurlar, Hatice Aydoğan, Gündoğdu Uğraş və Cavid Əliyevin əsərləri nümayiş olunacaq.

Qeyd edək ki, sərgi 3 gün davam edəcək.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti