BDU-da yenilik

25-04-2013, 11:04
Oxunub: 1749


Bakı Dövlət Universitetinin yataqxanalarında məskunlaşan məcburi köçkünlər artıq Müşfiqabaddakı qəsəbəyə köçürülüb. Bu proses demək olarki, 95-97 faiz həyata keçirilib. Bir neçə məcburi köçkün ailəsi qalıb ki, onlar da yaxın zamanlarda köçürüləcək”. 

Bu sözləri Modern.az-a açıqlamasında Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov deyib. Onun sözlərinə görə, köçkünlər köçürüldükdən sonra yataqxanalar şəhəciyində yenidənqurma işlərilə bağlı məsələ müzakirə olunacaq:

"Bu yataxanalar uzun müddət ağır istismarda olub və onların istismar müddəti keçib. İki məsələ var:  ya onları təmir etmək ya da yenidən tikmək lazımdır. Biz yeni layihə təklif etmişik. Layihə hazırlanıb, yeni stilli yataqxana tikiləcək. Eyni zamanda bu yataxanalarda tələbələr üçün hər cür şərait düşünülüb. Maliyyə ayrılsa, yaxın vaxtlarda orada tikinti başlanacaq”.

A.Məhhərəmov yeni yataqxananın BDU-nun 100 illiyinə hazır olacağını düşünür. "Bilirsiniz ki, qarşıdan universitetin 100 illik yubileyi gəlir. BDU Azərbaycanın ilk təhsil ocağı olduğu üçün buna bütün elmi ictimaiyyət diqqət yetirir. Bizim də tədbirlər planımız var və bu plana uyğun olaraq fəaliyyət göstəriririk. Təbii ki, yüz illik yubileyə yataqxanaların tikintisi dəqiq çatacaq. Bu böyük bir kompleksdir. Yataqxana tək bir korpusdan yox, korpuslar birliyindən ibarət olacaq”-deyə rektor əlavə edib.

Magistrlərə möhlət hüququnun verilməsi məsələsi ilə bağlı danışan Abel Məhərrəmov bildirib ki, "Elm haqqında” qanuna bu müddəa salınmalıdır: 

"Çalışacayıq ki biz, o müddəanı daxil edək. Əlbəttə ki bunun üçün razılaşmalar lazımdır, düşünülməlidir. Ölkə prezidentinin xüsusi tapşırığı ilə yəqin bu məsələ analiz olunmalıdır. Biz müharibə şəraitindəyik, ölkəni müdafiə etməliyik, həm də elmi, təhsili inkişaf etdirməliyik. Bunlar arasında düşünülmüş siyasət, balans olmalıdır. Hesab edirəm ki bu istiqamətdə də işlər gedir. Yaxınlarda "Elm haqqında” qanun qəbul olunacaq, bu günlərdə Elm və təhsil komitəsində layihənin müzakirəsinə yığışacağıq. Qanun layihəsi hazırdır, yaxşı da işləyiblər. Lakin orada bizi qane etməyən müəyyən məsələlər var. Bu da magistrlərin, doktorantların hərbi xidmətdən azad olunması, elmi adlara görə məvaciblərin artırılması məslələridir. Maaşlar artmalıdır ki, gənclər üçün stimul olsun. Çünki oğlanlarımız fundamental və texniki elmlərdən uzaqlaşırlar, hamısını gənc qızların üzərinə atırlar. Bu da bizi müəyyən problemlərə gətirib çıxarır. Ona görə "Elm haqqında” qanun layihəsi elə əsaslandırılmalı və elə praktik olmalıdır ki, Azərbaycan elminin, təhsilinin inkişafına dəstək verə bilsin”.

Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti