Bu il doğuş zamanı qeydə alınan ana ölümlərinin sayı açıqlanıb

18-10-2017, 16:40
Oxunub: 25
Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb


“Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".

Bu ilin 9 ayı ərzində Azərbaycanda ümumilikdə 17 ana ölümü faktı qeydə alınıb. 

APA-nın xəbərinə görə, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri, respublikanın baş mama-ginekoloqu Sevinc Məmmədova deyib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ana ölümlərinin sayında artım müşahidə olunmayıb: "Ölüm hadisələrinin sayı həmin müddətlə müqayisədə eyni qalıb. Ümid edirik ki, ilin sonuna qədər ana ölümlərinin sayı ötən illə müqayisədə az olacaq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti