Binəqədidə Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir keçirilib

18-10-2017, 16:35
Oxunub: 25
“Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub


Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi Rayon Təşkilatının, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə  təşkilatçılığı ilə “Müstəqilliyimiz dönməzdir, əbədidir, sarsılmazdır!” adlı tədbir keçirilib.


APA-nın məlumatına görə, tədbirdə  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, millət vəkili, AMEA Tarix İnstitutunun direktoru Yaqub Mahmudov, YAP Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov, Rayon İcra Hakimiyyətinin şöbə müdirləri, Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov,  rayon ictimaiyyəti, ziyalılar, YAP fəalları və gənclər iştirak ediblər.

Tədbirdə Y. Mahmudov və R. Göyüşov çıxış ediblər. Onlar bildiriblər ki, Azərbaycan xalqının əldə etdiyi ən böyük tarixi nailiyyət onun müstəqilliyidir. Qeyd olunub ki, xalqımız müstəqilliyini qazandıqdan sonra onu itirmək təhlükəsi ilə üzləşsə də, xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyevin siyasi təcrübəsi nəticəsində müstəqilliyi qoruyub saxlaya bilib.

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini A. Əliyeva isə bildirib ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir, müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanılır, inkişaf etdirilir. O qeyd edib ki, dövlətçiliyin möhkəmlənməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir.

Tədbirdə rayonun ictimai-siyasi proseslərində fəaliyyəti ilə fərqlənən şəxslərə Fəxri Fərmanlar təqdim olunub.

Tədbir sonunda Heydər Əliyev Fondunun dəstəyi ilə hazırlanan, layihə rəhbəri və baş prodüseri Arzu Əliyevanın olduğu “Əbədi ezamiyyət” sənədli filmi nümayiş olunub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti