Yeni körpünün tikintisi 36 mln. manata başa gələcək

18-10-2017, 15:39
Oxunub: 42
Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək


Azərbaycan-Rusiya sərhədində Samur çayı üzərində avtomobil körpüsünün tikintisi 1,2 mlrd. rubla (35,640 mln. manat) başa gələcək.

"APA-Economics" xəbər verir ki, bu barədə "Kaspi" şirkətinin Dağıstan filialının direktoru Məhəmmədrəsul Ömərov bildirib.

"Körpünün tikintisi 1,2 mlrd. rubla başa gələcək. Tikintinin maliyyələşməsi Azərbaycanla Rusiya tərəfindən həyata keçiriləcək. Hər bir tərəf vəsaitin 50%-ini ödəyəcək", - deyə filial müdiri qeyd edib.

Xəbər verdiyimiz kimi, bu gün Samur çayı üzərində avtomobil körpüsünün tikintisinin təməlqoyma mərasimi keçirilib. Mərasimdə Rusiya tərəfdən nəqliyyat naziri Maksim Sokolovun rəhbərlik etdiyi nümayəndə heyəti, Azərbaycan tərəfdən isə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.

Təməlqoyma mərasimi Azərbaycanın “Samur” gömrük buraxılış məntəqəsi və Dağıstanın Məhərrəmkənd rayonunda yerləşən “Yaraq-Qazmalar” buraxılış məntəqəsinin ərazisində baş tutub.

Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü il sentyabrın 13-də imzalanıb.

Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünü əvəz edəcək.

Körpünün uzunluğunun 325,3 metr, eninin 17,3 metr olması nəzərdə tutulur.

Körpü üç zolaqlı olacaq.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti