“Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır”

18-10-2017, 14:41
Oxunub: 28
"Hər iki ölkə regionda sülh və təhlükəsizliyin tərəfdarıdır”


“Azərbaycan bizim üçün əhəmiyyətli ölkədir. Azərbaycan Avropanın şərqinin enerji təminatçısıdır. Bizim əməkdaşlığımız region baxımından önəmli ola bilər”.

APA-nın xəbərinə görə, bunu Polşanın xarici işlər naziri Vitold Vaşçikovski Azərbaycan XİN başçısı Elmar Məmmədyarovla Bakıda görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan kimi təhlükəsiz ölkə polşalı turistlər üçün maraqlı ola bilər: “Biz “Şərq tərəfdaşlığı” çərçivəsində əməkdaşlığı müzakirə etdik. Növbəti ay sammit olacaq və biz bu qrup çərçivəsində əməkdaşlığı müzakirə edib, genişləndirə biləcəyik. Hər iki ölkə çətin qonşuluqda yaşayır. Biz bu böhranla üzləşmək və bizim tərəfdən yaranmayan problemlərin həllində ictimaiyyətin rolunu müzakirə etdik. Hər iki ölkə regionda sülh və təhlükəsizliyin tərəfdarıdır”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti