Soros öz fonduna 18 milyard dollar bağışladı

18-10-2017, 13:35
Oxunub: 42
87 yaşlı Corc Soros xeyriyyəçiliklə 1979-cu ildən məşğuldur


Macar əsilli amerikalı maliyyəçi Corc Soros Açıq Cəmiyyət Fonduna (Soros Fondu) 18 milyard ABŞ dolları bağışlayıb. Novator.az-ın məlumatına görə, Açıq Cəmiyyət Fondu bununla Sorosun varidatının böyük hissəsinə sahibi olduğunu, Bill və Melinda Qeyts Fondundan sonra ABŞ-da ikinci ən böyük xeyriyyə təşkilatına çevrildiyini bəyan edib.

Açıq Cəmiyyət Fondu müxtəlif ölkələrdə 40 təşkilat vasitəsilə fəaliyyət göstərir, qaçqınlara, səhiyyə sisteminə, milli azlıqlara dəstək verir.

87 yaşlı Corc Soros xeyriyyəçiliklə 1979-cu ildən məşğuldur.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti