Almazbek Atambayev həmkarından üzr istəyib

18-10-2017, 13:00
Oxunub: 355
"Qazaxıstan prezidenti haqqında emosional çıxışım zamanı səhv etmişəm"


Qırğızıstan Prezidenti Almazbek Atambayev Qazaxıstan dövlət başçısı Nursultan Nazarbayevin ünvanına söylədiyi fikirlərə görə üzr istəyib.

"Report" "BNews.kz" portalına istinadən xəbər verir ki, A.Atambayev bu barədə Bişkekdə ən yaxşı tələbələrə Prezident təqaüdü təqdim edilməsi mərasimində Qırğızıstan-Qazaxıstan sərhədindəki vəziyyət barədə danışan zaman bildirib.

"Qazaxıstan prezidenti haqqında emosional çıxışım zamanı səhv etmişəm. Bu günlər ərzində bu barədə düşünmüşəm", - o deyib.

O, mehriban qonşuluq münasibətlərinin əhəmiyyətini vurğulayaraq söyləyib ki, bütün qonşularımızla sülh içində yaşamalıyıq.

Qeyd edək ki, oktyabrın 10-dan etibarən Qırğızıstan-Qazaxıstan dövlət sərhədində nəqliyyat vasitələrinin və şəxslərin buraxılışı gücləndirilmiş nəzarət formasında həyata keçirilir. Bu səbəbdən sərhəddə sərnişinlərin, yüklərin və nəqliyyat vasitələrinin sıxlığı müşahidə olunur.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti