Auditorlar Palatası sədrinin sabiq müşaviri vəfat edib

18-10-2017, 12:42
Oxunub: 34
Aydın Kərimov vəfat edib


Auditorlar Palatası sədrinin sabiq müşaviri Aydın Kərimov vəfat edib.

"APA-Economics" xəbər verir ki, bu barədə palatanın yaydığı elanda deyilir.

"Azərbaycan Respublikası Auditorlar Palatasının rəhbərliyi, kollektivi və üzvləri Auditorlar Palatasının keçmiş əməkdaşı Aydın Kərimovun vaxtsız vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verirlər", - deyə elanda qeyd edilib.

Qeyd edək ki, 2011-ci ildə Aydın Kərimov Azərbaycan prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə auditor xidmətinin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif edilib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti