Çin "Saudi Aramco"nun satışa çıxaracağı səhmləri alacaq

17-10-2017, 20:34
Oxunub: 310
İPO-nun London və ya Nyu-York birjalarında həyata keçiriləcəyi gözlənilir


Səudiyyə Ərəbistanının dövlət neft şirkəti "Saudi Aramco"nun 100 mlrd. ABŞ dolları həcmində satışa çıxarmağı planlaşdırdığı səhmlərinin hamısını Çinin dövlət nəzarətində olan "PetroChina" və "Sinopec" şirkətlərinin almaq istədiyi bildirilir. 

"Report" "Hürriyət" qəzetinə istinadən xəbər verir ki, Çinli şirkətlər 2 trln. ABŞ dolları qiymətləndirilən "Saudi Aramco"nun İPO-dan satmaq istədiyi 5% səhmlərini almaq üçün təklif verib.

Qeyd edək ki, bir qədər əvvəl neft qiymətlərinin kəskin azalması fonunda S.Ərəbistanı valyuta ehtiyatlarını artırmaq üçün dövlət neft şirkətinin bir hissəsini özəlləşdirəcəyini bildirib. Analitiklər Çin tərəfindən irəli sürülən təklifin ölkənin neft təhlükəsizliyini təmin etmək məqsədi daşıdığını bildiriblər.

Xatırladaq ki, İPO-nun London və ya Nyu-York birjalarında həyata keçiriləcəyi gözlənilir. Hazırda bu iki birja arasında əməliyyatı həyata keçirmək üçün qızğın rəqabət getdiyi bildirilir. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti