Vergilər naziri Ağcabədidə vətəndaşları qəbul edəcək

17-10-2017, 17:05
Oxunub: 260
Tərtər Vergi Ödəyiciləri də Xidmət Mərkəzi ilə əlaqə saxlayıb qəbula yazıla bilər


Oktyabrın 20-də vergilər naziri Fazil Məmmədov Ağcabədi şəhəri, Üzeyir Hacıbəyov prospektində yerləşən vergi ödəyicilərinə xidmət mərkəzində vətəndaşları qəbul edəcək. 

Vergilər Nazirliyindən “Report”a verilən məlumata görə, qəbulda Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlar iştirak edə bilər.

Nazir vergilərin hesablanması, ödənilməsi, vergi nəzarəti tədbirləri sahəsində sahibkarların qarşılaşdıqları problemlər, vergi qanunvericiliyinin və inzibatçılığının tətbiqi və vergi ödəyicilərinə göstərilən xidmətlərlə bağlı müraciətlərə baxacaq.

Ağcabədi, İmişli, Bərdə, Tərtər, Xocalı və Xocavənd rayonlarından olan vətəndaşlar 8 saylı Ərazi Vergilər İdarəsi, 11 saylı Ərazi Vergilər Departamenti, Ağcabədi Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, İmişli Vergi Ödəyicilərinə Xidmət Mərkəzi, Bərdə Vergi Ödəyicilərinə Xidmət Mərkəzi və Tərtər Vergi Ödəyicilərinə Xidmət Mərkəzi ilə əlaqə saxlayıb qəbula yazıla bilər.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti