İmam QMİ-nin əmrinə tabe olmayıb

17-10-2017, 16:36
Oxunub: 256
O, kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirir


Zaqatala rayonu Car məscidində imam vəzifəsindən azad olunan Hacı Məhəmməd Vasiyev Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əmrinə tabe olmayaraq, fəaliyyətini davam etdirir.

Hacı Məhəmməd Vasiyev APA-ya bildirib ki, kənd camaatının xahişi ilə fəaliyyətini davam etdirir və dəfələrlə məscidin dindarları tərəfindən onun işinə bərpa olunması üçün QMİ-nin bölgə nümayəndəliyinə müraciət edilsə də, cavabsız qalıb.

O qeyd edib ki, məscidə məxsus dini icmanın də qeydiyyatı üçün sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerdəki şöbəsinə təqdim ediblər: “Lakin məscidimizə nə imam təyin edilir, nə də mənim imamlığım yenidən təsdiqlənir. Bir neçə dəfə kənd camaatı adından QMİ-də olsam da, idarənin yerdəki nümayəndəsi vasitəsi ilə söz verilsə də, hələ ki, nəticə yoxdur”.

QMİ-nin Zaqatala-Balakən bölgəsi üzrə qazısı Hacı Malik Bilalov APA-ya bildirib ki, həmin məscidin imamı ondan əvvəlki qazının vaxtında - 2015-ci ildə işdən azad olunub.

O, artıq 1 ildən çoxdur, məscidə QMİ tərəfindən imam təyinatının olmamasını orada dini icmanın təkrar qeydiyyatdan keçməməsi ilə əlaqələndirsə də, Hacı Məhəmməd Vasiyevin fəaliyyətini davam etdirməsi barədə danışmaq istəməyib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti