Amerika inqilabının anası - Mersi Otis Uorren

17-10-2017, 14:05
Oxunub: 533
Uorrenin tənqid etdiyi İngiltərəyə aid pyeslər Nyu-York və Filadelfiyada məşhurluq qazanıb


"Amerikaya ədalət gələnə qədər qılıncları qınında görmək istəmirəm".
- Mersi Otis Uorren

O, nə savaş meydanlarında vuruşdu, nə də müstəqillik fərmanı imzaladı. Ancaq bununla belə, Massaçusetsdə evdar xanım olan Mersi (1728-1814) Amerika inqilabının vicdani qurucusu, anası hesab edilib. Bu şöhrətini qəzetlərdə ad vermədən yazdığı müstəqillik haqqındakı esseləri, şeirləri və pyesləri ilə qazanıb.

İnqilaba olan sevgisi elə böyük idi ki, ABŞ-ın ikinci prezidenti və onun ailə dostu olan Con Adams ona mübarizənin tarixi barədə yazmasını tövsiyə etmişdi. Həqiqətən də 1805-ci ildə tamamlanan “Yüksəlişi, inkişafı, nəticəsi ilə birlikdə Amerika İnqilabı tarixi” (History of Rise, Progress and Termination of the American Revolution) əsəri müharibə barədə yayımlanan ilk xronoloji kitablardan idi.

Beş uşaq anası olan Uorren savaşın ailəsi üstündəki təsirlərinə də yaxından şahidlik etmişdi. Həyat yoldaşı orduya bağlı hərbçi idi, "Bunker Hill" savaşına qatılmışdı, böyük oğlu döyüşdə ikən bir ayağını itirmişdi.

Uorren təhsil almağın çətin olduğu bir vaxtda Keyp-Kodda dünyaya gəlib. Oxumağı evdə öyrənib və 1754-cü ildə Ceyms Uorrenlə evlənib. Qohumu olan Uorren Massaçusetsdə, Plimutda yaşayan vəkil idi. 1757-1766-cı illərdə 5 uşaqları olub. Bir çox Massaçusets sakini kimi Uorrenlər də 1760-cı illərdə olan vergi siyasəti səbəbilə ingilislərə müxalif olmuşdu. Dövrünün bir neçə önəmli vətənpərvər yeraltı təşkilatı iclasları 1770-ci illərdə cütlüyün Plimutdakı evinin salonunda təşkil edilib. Uorrenin incə bir şəkildə tənqid etdiyi İngiltərəyə aid pyesləri Nyu-York və Filadelfiyada məşhurluq qazandı və Adamsın fikrincə bu, xalq dəstəyini artırdı.

Müharibədən sonra Uorren şeirlərini öz adıyla dərc etdirməyə və Adamsın məsləhəti ilə tarixlə maraqlanmağa başladı. Kitab yayımlananda isə öz köhnə dostunu tənqidi bir dillə xarakterizə etməsi onların münasibətlərini soyutdu. O, iki il sonra, yəni 86 yaşında Plimutda dünyasını dəyişdi. Əlavə olaraq deyə bilərik ki, Uorren 5 pyes yazmışdı. Puritanlar dövründə “Mavi qaydalar” əsəri ilə Massaçusetsdə teatrın qadağan olunmasına rəğmən yenilik etdi. Halbuki pyesləri tamaşa üçün yox, oxunmaq üçün yazılmışdı.

Bununla yanaşı, deyə bilərik ki, Uorrenin qardaşı Ceyms Otis massaçusetsli vətənpərvərlərdən idi. Müxaliflərin məşhur şüarının da müəllifi odur: "Təşkilatlandırılmayan vergi tiranlıqdır".
Məmmədova Xuraman
Etatist.com
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti