Kitab sərgisi keçiriləcək - Kitablar endirimlə satılacaq

17-10-2017, 11:19
Oxunub: 1267
"Oktyabrın 22-si təşkil olunan sərgi də fəaliyyətimizin davamıdır"


Milli Fikir Mərkəzinin nəzdində fəaliyyət göstərən Kitabıstan oktyabr ayının 22-də kitab sərgisini təşkil edəcək.

Bununla bağlı Kitabıstanın koordinatoru Nicat Həşimzadə Etatist.com-a açıqlamasında bildirib ki, bu sərgidə iştirak etməklə oxucular həm endirimli qiymətlərlə kitab əldə edə, həm də növbəti kitablarımızın nəşrinə dəstək ola bilərlər.

“Fəaliyyətə başladığımız gündən indiyə qədər həmişə gənclərin istəklərini nəzərə almışıq. Bu dəfə də tələbələrin müraciətini nəzərə alaraq endirimli kitab sərgisi təşkil etmək qərarına gəldik. Bu sərgidə iştirak etməklə oxucular həm endirimli qiymətlərlə kitab əldə edə, həm də növbəti kitablarımızın nəşrinə dəstək ola bilərlər. Bəşəriyyətin ən vacib kəşflərindən biri çap maşınıdır. Keçmiş dövrlərdə insanlar  kitabsız idilər. Bir kitabın çapı aylarla, illərlə zaman alırdı. Lakin, müasir dövrdə kitab çapı maddi məhdudiyyətlər olmadığı təqdirdə elə də çətin proses deyil. Nəşr etdiyimiz hər yeni kitab özündən əvvəlki kitabın davamıdır. Biz fəaliyyətə başlayarkən qarşımıza məqsəd qoymuşduq ki, Azərbaycan gəncliyinə dünyanın ən möhtəşəm şəxsiyyətləri haqqında yazılmış ən obyektiv kitabları təqdim edək. Fəaliyyətimizi bu istiqamətdə davam etdiririk. “Mümkün deyil, hər şey puldur, kitab oxuyan ac qalır” sözlərinin aktual olduğu toplumda təbii ki, bizə də bu sözləri deyənlər oldu. Lakin biz dayanmadıq, çalışdıq. 

Oktyabrın 22-si təşkil olunan sərgi də fəaliyyətimizin davamıdır. Sərgimiz saat 14.00-dan 18.00-a qədər davam edəcək. İştirak sərbəstdir".

Xatırladaq ki, sərgi zamanı siz "Bozqurd" və "Qandinin liderlik fəlsəfəsi" birlikdə 13 AZN (Endirimsiz qiymət 16 AZN-dir), "Bozqurd" kitabını isə 10 faiz endirimlə əldə edə bilərsiniz.

Tədbir Milli Fikir Mərkəzinin ofisində (Əlövsət Quliyev küçəsi 79, m. 8) baş tutacaq. Ünvanı tanımayanlar 070 537 21 84 nömrəsi ilə əlaqə saxlaya bilər.
Əliyeva Günay
Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti