Təhsil naziri Cocuq Mərcanlı kəndində olub

16-10-2017, 17:03
Oxunub: 400
M. Cabbarov sinif otağına elektron lövhə hədiyyə edib


Təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, nazir Füzuli rayonunun Horadiz şəhərində 2016-cı ilin aprel döyüşlərində şəhid olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib.

Daha sonra Cocuq Mərcanlı kəndinə gedən nazir kənd tam orta məktəbində olub. Məktəbdə yaradılan şərait, tədrisin gedişi ilə maraqlanan nazir M. Cabbarov sinif otağına elektron lövhə hədiyyə edib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti