"Kapital Bank"ın mənfəəti 58 mln. manata yaxınlaşır

16-10-2017, 16:35
Oxunub: 287
Mənfəətdən 15 mln. 834,32 min manat vergi ödəyib


2017-ci ilin sentyabr ayının 30-na "Kapital Bank" ASC-nin aktivlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,77% artaraq 3 mlrd. 25,136 mln. manat təşkil edib.

"APA-Economics" bankın açıqladığı balans hesabatına istinadən xəbər verir ki, bankın kredit portfeli 1,24% artaraq 1 mlrd. 220,072 mln. manata çatıb.

Passivlərə gəlincə, bankın öhdəlikləri il ərzində 7,84% artaraq 2 mlrd. 737,465 mln. manat olub. Bankın depozit portfeli 33,53% artaraq 2 mlrd. 237,528 mln. manat təşkil edib.

"Kapital Bank" məcmu kapitalı 0,45% azalaraq 268 mln. 268,53 min manata enib. Buna baxmayaraq, bu göstərici Mərkəzi Bankın məcmu kapitala dair minimal tələbdən (50 mln. manat) təxminən 5,4 dəfə çoxdur. Məcmu kapitalın adekvatlıq əmsalı 13,2%-dir (min. 10%).

Bank üçüncü rübü 57 mln. 636,13 min manat xalis mənfəətlə başa vurub, mənfəətdən 15 mln. 834,32 min manat vergi ödəyib.
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti