Polşa Aİ-nin proqramı üzrə qaçqınları qəbul etməkdən imtina edib

15-10-2017, 17:14
Oxunub: 149
Avropa İttifaqı ölkələrində məskunlaşdırılması barədə 2 illik proqram qəbul edib


Polşa Avropa İttifaqının yeni məskunlaşdırma proqramı çərçivəsində qaçqınları qəbul etməyəcək.

APA-nın məlumatına görə, bu barədə PAR agentliyi Polşa daxili işlər naziri Mariuş Blaşaka istinadən məlumat yayıb.

M. Blaşak deyib ki, Polşa artıq ukraynalıları qəbul edib və həmin ukraynalılar hazırda Polşadadırlar. Daxili işlər nazir Polşa üçün vacib məsələnin təhlükəsizlik olduğunu vurğulayıb. M. Blaşak hesab edir ki, qaçqınların məskunlaşdırılması effektiv mexanizm deyil, Asiya və Afrikadan Avropaya yeni miqrasiya axınını stimullaşdırır və Polşa üçün risk yaradır.

Qeyd edək ki, 2015-ci ilin sentyabrında Avropa İttifaqı İtaliya və Yunanıstana üz tutan 160 min qaçqının kvota prinsipi ilə digər Avropa İttifaqı ölkələrində məskunlaşdırılması barədə 2 illik proqram qəbul edib. Avropa İttifaqı indiyə qədər bu qaçqınların 20 faizindən azını məskunlaşdıra bilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti