Con Kerri Trampı beynəlxalq böhran yaratmaqda ittham edib

15-10-2017, 13:33
Oxunub: 106
Məsələ ilə bağlı ABŞ parlamenti Konqresə 90 gün ərzində rəyini bildirməlidir


ABŞ-ın sabiq dövlət katibi Con Kerri prezident Donald Trampı beynəlxalq böhrana yol açmaqda ittham edib.

“Report” “cbsnews.com”-a istinadən xəbər verir ki, o, ABŞ prezidentinin İranın nüvə proqramına dair əldə olunan beynəlxalq razılaşma barədə söylədiklərini sərh edərkən belə deyib.

“Prezident Trampın qərarı təhlükəlidir. O, beynəlxalq böhran yaradır. Bu ABŞ və bizim yaxın müttəfiqlərin milli maraqlarını təhlükə altına atır. Mən ümid edirəm ki, prezident tərəfindən yalnış itthamlar və təxribatyönlü bəyanatlar səslənsə belə, razılaşmanın diqər iştirakçıları dünyaya məhsuliyyətlə davranmağın nə olduğunu göstərəcək və ona sadiq qalacalaq" , - deyə o vurğulayıb. 

Qeyd edək ki, Donald Tramp ölkəsinin 2015-ci ildə İran və Qərb dövlətləri arasında nüvə proqramına dair əldə olunan beynəlxalq razılaşmadan çıxacağını istisna etməyib. Məsələ ilə bağlı ABŞ parlamenti Konqresə 90 gün ərzində rəyini bildirməlidir. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti