Vyetnamda təbii fəlakət qurbanlarının sayı 68 nəfərə çatıb

15-10-2017, 13:01
Oxunub: 359
Leysan 200 evin uçmasına, 30 min evin su altında qalmasına yol açıb


Vyetnamın şimalında subasma və torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 68 nəfərə çatıb, 34 nəfər itkin düşüb.

APA-nın məlumatına görə, bu barədə Vyetnamın “VnExpress” qəzeti Fövqəladə hallar üzrə Milli Agentliyə istinadən məlumat yayıb.

Bundan əvvəl 54 nəfərin öldüyü, 39 nəfərin itkin düşdüyü açıqlanmışdı.

Qeyd edək ki, oktyabrın 10-da başlayan leysan yağışlar torpaq sürüşməsinə yol açıb, oktyabrın 11-də Xoabin əyalətində fövqəladə vəziyyət elan olunub. Leysan və torpaq sürüşməsi 200 evin uçmasına, 30 min evin su altında qalmasına yol açıb. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti