Məleykə Abbaszadə Şəmkirdə vətəndaşları qəbul edəcək

14-10-2017, 13:55
Oxunub: 346
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər


Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 20-də Şəmkir rayonunda vətəndaşları qəbul edəcək.

DİM-dən APA-ya verilən xəbərə görə, Şəmkir  rayonunda keçiriləcək qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa  rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər. 

Qəbul oktyabrın 20-də, saat 13:00-da Şəmkir şəhəri H.Əliyev Mərkəzində keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə  regional bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur. Bundan əlavə, Şəmkir, Tovuz,  Qazax və Ağstafa  rayon  Təhsil şöbələrində 13 oktyabr –19 oktyabr   2017-ci  il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.

Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər. 
Şərhlər : 0 Şərh yaz
İnformasiya
Ola bilər ki, ancaq gün ərzində saytda xəbərlərə şərh əlavə etmək 600 nəşr günündən sonra olsun.
Xəbər lenti