Bu il mobil operatorlar 636 mln. manat yaxın gəlir əldə edib

13-10-2017, 18:12
Oxunub: 47
Gəlirin 81,2%-i qeyri-dövlət sektorunun payına düşüb


2017-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın informasiya və rabitə müəssisələri 1 mlrd. 266,1 mln. manatlıq xidmət göstərib ki, onun da 72,6%-i əhali tərəfindən istehlak olunub.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 6,2% artıb, bu sahədə əldə edilmiş gəlirin 81,2%-i qeyri-dövlət sektorunun payına düşüb.

Xidmətlərdən əldə edilən gəlirin 50,2%-i və ya 635,8 mln. manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti