Əfqan İsayev: "Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib”

13-10-2017, 18:05
Oxunub: 22
"Layihənin ümumi dəyəri isə 4,7 mlrd. dollardır"


Bu il avqustun ayının əvvəlinə olan göstəriciyə görə, Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsinin seqmenti olan "Şahdəniz 2" üzrə 16,4 mlrd. dollar vəsait xərclənib.

“APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti"nin ikinci günündə çıxışı zamanı "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.

Onun sözlərinə görə, "Şahdəniz 2" layihəsinin dəyəri 23,9 mlrd, dollar təşkil edir: “Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə 3,8 mlrd, dollar vəsait xərclənib. Layihənin ümumi dəyəri isə 4,7 mlrd. dollardır".

O bildirib ki, hesabat dövrünə Trans Anadolu Boru Kəməri (TANAP) üzrə xərclərin həcmi 4,5 mlrd. dollar təşkil edib: “TANAP-ın ümumi dəyəri 8 mlrd. dollardır. Layihənin ilkin dəyəri 11 mlrd. dollar idi".

Ə. İsayev qeyd edib ki, Trans Adriatik Boru Kəmərinə (TAP) avqustun əvvəlinə 2,3 mlrd. avro vəsait xərclənib: “TAP-ın ümumi dəyəri isə 4,5 mlrd. avro təşkil edir. TAP-la ilk Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq”.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti