Bu ilin 9 ayında Azərbaycanda 50 mlrd. manatlıq ÜDM istehsal olunub

13-10-2017, 18:02
Oxunub: 22
Məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,4%-ni təşkil edib


Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanda rezidentləri tərəfindən 50067,3 mln. manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,6% az ümumi daxili məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu dövrdə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 2,5% artıb, onun ÜDM-də payı 62,6% olub. Neft sektorunda istehsal olunmuş əlavə dəyər əvvəlki ilin eyni dövrünə nisbətən 6,5% azalıb.

ÜDM istehsalının 40,2%-i sənayedə, 10,4%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,7%-i tikintidə, 6,9%-i nəqliyyat və anbar təsərrüfatı, 5,9%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7%-i informasiya və rabitə sahələrində, 16,3%-i digər sahələrdə istehsal edilib, məhsula və idxala xalis vergilər isə ÜDM-in 7,4%-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5149,4 manata bərabər olub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti