Əflatun Amaşov Avropa Mətbuat Şuraları Alyansının toplantısında iştirak edib

13-10-2017, 17:54
Oxunub: 15
Deputat Şuraya ünvanlanmış şikayətlərdəki bir sıra motivlərdən söz açıb


Mətbuat Şurasının (MŞ) sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli Avropa Mətbuat Şuraları Alyansının Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş illik toplantısında iştirak edib.

Şuradan APA-ya verilən məlumata görə, MŞ sədri rəhbərlik etdiyi qurumun ötən bir ildəki fəaliyyəti barədə hesabat xarakterli çıxış edib.

Deputat Şuraya ünvanlanmış şikayətlərdəki bir sıra motivlərdən söz açıb.

Avropa Mətbuat Şuraları Alyansının illik toplantısında Avropada, eləcə də dünyada söz və ifadə azadlığı ilə bağlı tendensiyalar, Mətbuat Şurası institutlarının bu müstəvidə daşıdıqları missiya, internet media ilə əlaqədar tənzimləmə mexanizmləri və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Avropa Mətbuat Şuraları Alyansının illik toplantısı oktyabrın 11-dən 13-dək keçirilib. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti