"Geomaqnit qasırğası davam edir"

13-10-2017, 16:14
Oxunub: 18
""Avrora"lar müşahidə olunub"


Bir neçə gün əvvəl başlayan geomaqnit qasırğası hələ də davam etməkdədir.

Azərbaycan Milli Elmlər Akademiyasının N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev APA-ya bildirib ki, Kp indeksinin qiyməti 3 ilə 5 arasında dəyişir: “Hazırda G1 kateqoriyalı geomaqnit qasırğası davam etməkdədir. Yer kürəsi hələ də Günəşdən başlanğıcını götürən plazma küləyinin ağuşundadır. Lakin getdikcə qasırğa səngiyəcək. Artıq yuxarı en dairələrində yerləşmiş ölkələrin ərazisində əsrarəngiz təbiət hadisəsi olan "avrora"lar ("qütb parıltıları") müşahidə olunub".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti