Azərbaycan filmi Seulda nümayiş etdiriləcək

13-10-2017, 15:35
Oxunub: 39
İlk dəfə 2016-cı ildə keçirilib


Azərbaycan Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək "Dünya Filmləri Həftəsində" iştirak edəcək.

Azərbaycanın bu ölkədəki səfirliyindən "Report"a verilən məlumata görə, noyabrın 1-dən 8-dək davam edəcək tədbirə 25 ölkə qatılacaq. 

Azərbaycan festivalda SEBA Azərbaycan – Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası tərəfindən Koreya dilinə subtitrlə tərcümə etdirilən Asif Rüstəmovun "Axınla aşağı" filmi ilə təmsil olunacaq.

Qeyd edək ki, festival 2018-ci il Pyonqçanq Qış Olimpiya oyunları ilə əlaqədar keçiriləcək. Məqsəd iştirakçı ölkələrin mədəniyyətlərinin Koreya ictimaiyyətinə tanıdılmasından ibarətdir.

Qeyd edək ki, "Dünya Filmləri Həftəsi" ilk dəfə 2016-cı ildə keçirilib. Azərbaycan sözügedən festivalda ilk dəfə iştirak edəcək.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti