Qarabağla bağlı müzakirələrdə niyə fasilə yaranıb?

13-10-2017, 15:28
Oxunub: 15
Ştefan Şennak bildirib


"Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb".

Bunu "Report"un Fransa bürosuna açıqlamasında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Ştefan Şennak bildirib. 

Onun sözlərinə görə, fasilənin yaranması AŞPA-nın Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçisi, Böyük Britaniyadan olan deputat Alan Mealein səlahiyyət müddətinin bitməsi ilə bağlıdır: "Onun AŞPA yanında missiyası bu ilin sonu başa çatacaq. Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində müzakirələr gələn ilin əvvəlində Ermənistan üzrə yeni həmməruzəçinin seçilməsindən dərhal sonra başlayacaq".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti