Allahşükür Paşazadə Özbəkistana gedəcək

13-10-2017, 13:12
Oxunub: 62
Nümayəndə heyətinin səfər çərçivəsində Buxara və Səmərqəndi ziyarət etməsi planlaşdırılır


Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 17-də Özbəkistana gedəcək.

QMİ-dən "Report"a verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsinin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Özbəkistan Nazirlər Kabineti yanında Dini işlər üzrə Komitəsi və Özbəkistan Müsəlmanları İdarəsi ilə birlikdə bu ilin oktyabr ayının 18-də Daşkənd şəhərində keçirəcəyi "İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda iştirak etməkdir.

İdarədən bildirilib ki, Azərbaycan Prezidenti İlham Əliyevin elan etdiyi İslam Həmrəyliyi Ili çərçivəsində Bakıda, Rusiyada, Finlandiyada, İranda, Türkiyədə keçirilmiş beynəlxalq tədbirlərin ardınca Daşkənddə baş tutacaq "İslam həmrəyliyi Özbəkistan-Azərbaycan dostluğu timsalında" mövzusunda Beynəlxalq Konfransda Azərbaycan parlamentinin üzvləri, Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi, tanınmış elm və din xadimlərindən ibarət nümayəndə heyəti iştirak edəcəkdir.

Nümayəndə heyətinin səfər çərçivəsində Buxara və Səmərqəndi ziyarət etməsi planlaşdırılır.

A.Paşazadənin və Azərbaycan nümayəndə heyətinin Özbəkistanın rəsmi şəxsləri ilə yüksək səviyyədə görüşləri nəzərdə tutulub.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti