"Azərbaycanda təriqət qaydaları ilə idarə olunan ailələr var"

13-10-2017, 12:57
Oxunub: 77
"Bu, təhlükəli tendensiyadır və qarşısının alınması istiqamətində işlər görülməlidir"


"Təəssüf ki, bu gün Azərbaycanda təriqət qaydaları ilə idarə olunan ailələr yetişir". 

APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "İslam həmrəyliyi: Azərbaycan örnəyi" adlı konfransda Azərbaycan Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib. 
 
H. Abdulla bunun çox təhlükəli bir tendensiya olduğunu vurğulayıb: "Mənim bir qohumum Binə və Sədərək Ticarət mərkəzlərində işləyir. Deyir ki, ancaq onlardan mal alır. Söhbət vəhhabilərdən gedir. Deyir ki, Dağıstandan və Azərbaycanın rayonlarından gələn “qardaşları” da yalnız onlardan mal alır. Bu, təhlükəli tendensiyadır və qarşısının alınması istiqamətində işlər görülməlidir". 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti