Rezidentlərin yekun attestasiyasının vaxtı açıqlanıb

13-10-2017, 12:38
Oxunub: 47
Yekun attestasiya iki mərhələdə (test və praktiki) aparılacaq


Rezidentlərin yekun attestasiyası Səhiyyə Nazirliyinin əmri ilə təsdiq edilmiş Attestasiya Komissiyası tərəfindən aparılacaq. Səhiyyə Nazirliyindən APA-ya verilən məlumata görə, Naxçıvan Dövlət Universitetinin rezidentlərinin yekun attestasiyası həmin universitetdə, digər klinik bazaların rezidentlərinin yekun attestasiyası Azərbaycan Tibb Universitetində keçiriləcək.

Yekun attestasiya iki mərhələdə (test və praktiki) aparılacaq.

Yekun attestasiyanın istənilən mərhələsində iştirak etmək üçün rezidentlər mütləq şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər.

Yekun attestasiyanın test mərhələsi oktyabrın 25-də Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. İmtahan rezidenturada təhsil müddəti iki və üç il olan ixtisasların məzunları üçün saat 12.00-da, təhsil müddəti dörd və beş il olan ixtisasların məzunları üçün saat 13:00-da başlayacaq. Oktyabrın 14-dən rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər. 23-24 oktyabr tarixlərində saat 14:00-da VTM-də yekun attestasiyanın test mərhələsi ilə əlaqədar rezidentlər üçün treninq keçiriləcək.

Yekun attestasiyanın praktiki mərhələsi 27-30 oktyabr tarixlərində saat 09.00-da baş tutacaq. Rezidentlərin göstərilən günlərdə saat 08.45-də şəxsiyyət vəsiqələri ilə ixtisas üzrə yekun attestasiyanın keçirildiyi müəssisədə olmaları tələb olunur. Rezidentlərin yekun attestasiyanın praktiki mərhələsində iştirakının qrafiki aşağıda verilib:

Tarix və vaxt

İxtisaslar
 
Attestasiyanın keçiriləcəyi yer

27 oktyabr 2017-ci il, saat 9:00
Psixiatriya

Narkologiya
Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanası
Ümumi cərrahiyyə
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,   X mərtəbə
Neyrocərrahiyyə
Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  IX mərtəbə
Plastik cərrahiyyə
Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası, VIII mərtəbə
Urologiya
Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  XII mərtəbə   
Nefrologiya
Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası, IV mərtəbə
Revmatologiya
Azərbaycan Tibb Universitetinin  Tədris  Terapiya  Klinikası,  XI  mərtəbə
İmmunologiya

Azərbaycan Tibb Universitetinin 5  nömrəli tədris binası, I mərtəbə
Ftiziatriya
 
Elmi-Tədqiqat  Ağçiyər Xəstəlikləri  İnstitutu (Azərbaycan Tibb Universitetinin  Ftiziatriya  kafedrası)
Gigiyena
 
Azərbaycan Tibb Universitetinin 1 nömrəli tədris binası,  IV mərtəbə
Mikrobiologiya
 
Azərbaycan Tibb Universitetinin 4 nömrəli  tədris binası,  III mərtəbə
Laboratoriya işi
 
Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası  Biokimyəvi  laboratoriya
Genetika

Azərbaycan Tibb Universitetinin 4 nömrəli tədris binası,   III mərtəbə
Epidemiologiya

Azərbaycan Tibb Universitetinin 5 nömrəli  tədris binası,  VII mərtəbə
Anesteziologiya-reanimatologiya
Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  IV  mərtəbə
Oftalmologiya

Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  VI mərtəbə
Allerqologiya
 
Azərbaycan Tibb Universitetinin Tədris  Terapevtik  Klinikası,  I mərtəbə
Yoluxucu xəstəliklər
 
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə
Patoloji anatomiya, məhkəmə-tibbi ekspertiza
Məhkəmə  Tibbi  Ekspertiza  və  Patoloji  Anatomiya  Birliyi
Şüa terapiyası
 
Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  II  mərtəbə
Stomatologiya

Azərbaycan Tibb Universitetinin Stomatoloji Klinikasının Tədris  mərkəzi
Sosial gigiyena və səhiyyənin təşkili
Azərbaycan Tibb Universitetinin 5 nömrəli tədris binası,  IV  mərtəbə
 
30 oktyabr 2017-ci il, saat 9:00
  
Ürək-damar cərrahiyyəsi
Azərbaycan Tibb Universitetinin Tədris  Cərrahiyyə  Klinikası,  X mərtəbə
Uşaq cərrahiyyəsi
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, IV  mərtəbə
Travmatologiya-ortopediya
Azərbaycan Tibb UniversitetininTədris  Cərrahiyyə  Klinikası,  IX mərtəbə
Onkologiya
Azərbaycan Tibb Universitetinin Onkologiya Klinikası
Mamalıq-ginekologiya
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VI mərtəbə
Fizioterapiya və tibbi bərpa
Azərbaycan Tibb Universitetinin Tədris  Terapiya  Klinikası,  VII mərtəbə
Üz-çənə cərrahiyyəsi
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası,  VIII mərtəbə
Otorinolarinqologiya
 
Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə  Klinikası, VIII mərtəbə
Nevrologiya
 
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya   Klinikası,  VII mərtəbə
Terapiya
 
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, VIII mərtəbə
Kardiologiya
 
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Kardiologiya  şöbəsi,  I mərtəbə
Ftiziatriya
 
Elmi-Tədqiqat  Ağciyər Xəstəlikləri  İnstitutu (Azərbaycan Tibb Universitetinin  Ftiziatriya  kafedrası)
Qastroenterologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, XI mərtəbə
Hematologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikasının Hematologiya   şöbəsi, XIII mərtəbə
Dermatovenerologiya
Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası, I mərtəbə
Endokrinologiya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,  IX mərtəbə
Pediatriya

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,  V mərtəbə
Şüa diaqnostikası

Azərbaycan Tibb Universitetinin Tədris Terapiya  Klinikası,  II mərtəbə
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti