Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi olub

13-10-2017, 12:32
Oxunub: 51
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan prezidentinə raport verib


Azərbaycanda səfərdə olan Bolqarıstan prezidenti Rumen Radevin oktyabrın 13-də rəsmi qarşılanma mərasimi keçirilib.

APA-nın məlumatına görə, iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Bolqarıstan prezidenti Rumen Radevi və xanımı Desislava Radevanı Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva qarşılayıblar.

Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan prezidentinə raport verib.

Bolqarıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçib.

Azərbaycanın və Bolqarıstanın dövlət və hökumət nümayəndələri prezidentlər və birinci xanımlar ilə görüşüblər.

Prezidentlər və birinci xanımlar rəsmi foto çəkdiriblər.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti