İraqda İŞİD-dən xilas edilən 4 yaşlı uşaq Azərbaycandadır

13-10-2017, 12:30
Oxunub: 16
Abdulla ötən axşam Azərbaycana gətirilib


İraqda İŞİD-dən xilas edilən və orada uşaq evində saxlanılan 4 yaşlı Abdulla ötən axşam Azərbaycana gətirilib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev APA-ya bildirib ki, Azərbaycanın İraqdakı səfirliyinin əməkdaşının müşayiəti ilə Abdulla adlı uşağın Azərbaycana gətirilməsi təmin olunub.

Hikmət Hacıyev digər azərbaycanlı uşaqların da müəyyənləşdirilməsi və vətənə gətirilməsi üzərində iş aparıldığını deyib: “Uşağın ölkədən çıxarılması üçün ilk olaraq identifikasiya işləri aparılmalıdır. İraq hökumətinin sənədləşdirməsi və razılaşdırması olmalıdır”. 
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti