Azərbaycanda türk dünyası ilə bağlı festivala start verildi

13-10-2017, 11:20
Oxunub: 205
Festivalın Azərbaycanda keçiriləcək hissəsində iki film təqdim olunacaq


Türk mədəniyyətini tanıtmaq məqsədilə Türk Dünyası Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən Türk Dünyası Sənədli Film Festivalı 2016-cı ildə "5 ölkə, 7 şəhər, 1 festival" şüarı ilə fəaliyyətə başlayıb. Bu il hədəfini böyüdən festival II Türk Dünyası Sənədli Film Festivalını "6 ölkə, 13 şəhər, 41 festival" şüarı ilə keçirir. Azərbaycanda isə festival Türkiyə Cümhuriyyəti Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyi, Yunus Əmrə İnstitutu və Bakı Dövlət Universitetinin dəstəyi ilə baş tutacaq.

Etatist.com-a daxil olan məlumata görə festivalın Bakıdakı hissəsinin açılışında münsiflər heyəti tərəfindən seçilmiş iki sənədli film - "Sirac" (Türkiyə) və "Yol" (Azərbaycan) 13-15 oktyabr tarixlərində nümayiş olunacaq və rejissorları ilə görüş keçiriləcək.

Azərbaycanda nümayiş olunacaq sənədli filmlərdən biri "Sirac" 40 dəqiqəlik, min il bundan əvvəl Orta Asiyadan Anadoluya köç etmiş Oğuz boylarından biri Bəydili tayfası haqqındadır. Filmin rejissoru Gülşən Sarudur.

"Yol" filmi isə Azər Ağayev, Rəvanə Səmədova tərəfindən ərsəyə gətirilmiş, Bakı Dövlət Universitetinin dəstəyi ilə çəkilmiş Azərbaycan filmidir. 20 dəqiqəlik türk dilində olan film Ahıska türkləri haqqındadır. Film Azərbaycanda yaşayan ahıskalıların adaptasiya dövrü haqqındadır.

Festivalın münsiflər heyəti: Hocaqulu Narlıyev (rejissor - Türmənistan), Əhməd Yaşıltəpə (rejissor), Əbdülhəmid Əvşar (rejissor - TRT), Albina Nafiqova (rejissor - Tatarıstan), Bəxtiyar Qaraca (rejissor - Azərbaycan), Mehmet Gülərüz (rejissor - Türkiyə), Artıqbay Süyündukoy (rejissor - Qırğızıstan), Zeynel Koç (TRT-nin keçmiş idarə heyəti - Türkiyə). Bundan başqa bu ildən başlayaraq festivalda keçən il həyatını itirən rejissor Tofiq İsmayılov adına mükafat da veriləcək. Bu il Tofiq İsmayılov adına mükafat Başqırdıstandan Kirsden Qainetin "7 maidens theatre" adlı filminə verilib. 

Onu da qeyd edək ki, bu gün saat 11.00-da BDU-də festivalın Azərbaycan hissəsinin açılışı olacaq. Daha sonra isə 19.00-da Nizami Kinoteatrında filmlər nümayiş olunacaq.

Etatist.com
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti