SOCAR yeni neft-kimya kompleksinin tikintisinə başlamağı planlaşdırır

12-10-2017, 19:04
Oxunub: 68
"Petkim" son iki ildə çox yaxşı işləyir"


Bu ilin sonuna Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) İzmirdə (Türkiyə) həyata keçirməyi planlaşdırdığı yeni neft-kimya kompleksi layihəsinin Pre-FEED (Preliminary Front End Engineering Design), gələn ilin ortasına kimi isə FEED mərhələsi yekunlaşacaq. 

"Report" xəbər verir ki, bunu "SOCAR Turkey Enerji A.Ş"-nin baş direktoru Zaur Qəhrəmanov jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, bu layihənin həyata keçirilməsi üçün işlər plana uyğun davam etdirilir: "2018-ci ilin sonu-2019-cu ilin əvvəlinə konfiqurasiya bəlli olduqdan sonra, 2019-cu ildə artıq işləri başlayıb, 2023-cü ildə yeni kompleksi istifadəyə verməyi planlaşdırırıq". 

Z.Qəhrəmanov əlavə edib ki, layihənin investisiyası ilə bağlı qərar gələn ilin sentyabr-oktyabr aylarında qəbul ediləcək. O, "Petkim" neft-kimya kompleksindən də danışaraq qeyd edib ki, bu il də rekord həddə göstərici əldə olunması gözlənilir: "Petkim" son iki ildə çox yaxşı işləyir. Bu il də rekord il olacağı gözlənilir".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti