"ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş sayır"

12-10-2017, 18:01
Oxunub: 43
"Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk"


ABŞ Azərbaycan əlaqələrinin möhkəmləndirilməsi yollarını müzakirə etmək üçün Azərbaycanda səfərdəyəm".

APA-nın xəbərinə görə, bunu ABŞ müdafiə nazirinin köməkçisinin müavini vəzifəsini icra edən xanım Laura Kuper deyib. O bildirib ki, ABŞ Azərbaycanı terrorizmlə mübarizədə vacib tərəfdaş hesab edir: "Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakını yüksək qiymətləndiririk. 94 azərbaycanlı əsgər Əfqanıstanda fəaliyyət göstərir, sabitlik və təhlükəsizliyin təminatına töhfə verir. Azərbaycan hökumətinin müxtəlif təmsilçiləri ilə görüşlər keçirdim. Buraya Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Sərhəd Qoşunları və Prezident Administrasiyasıdaxildir. Müzakirələrimiz ABŞ-ın Əfqanıstan və Cənubi Asiyada tətbiq etdiyi, sülhməramlıların yerləşdirilməsinə dair yeni yanaşma ilə bağlı oldu. Bu yeni yanaşmaları Azərbaycan rəsmiləri ilə müzakirə etdik".
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti