Energetika naziri təyin olunub

12-10-2017, 17:37
Oxunub: 20
Pərviz Oqtay oğlu Şahbazovun energetika naziri təyin edilib


Azərbaycan prezidenti İlham Əliyev Pərviz Oqtay oğlu Şahbazovun energetika naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.

Pərviz Oqtay oğlu Şahbazov 1969-cu il noyabrın 24-də Bakı şəhərində anadan olub.

1986-1992-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında təhsil alıb. 1988-1989-cu illərdə hərbi xidmətdə olub. 1991-ci ildən diplomatik xidmətə qəbul olunub. 1991-1992-ci illərdə Xarici İşlər Nazirliyinin Beynəlxalq iqtisadi münasibətlər şöbəsində ikinci katib, 1992-1996-cı illərdə Azərbaycanın Almaniyadakı səfirliyində çalışıb. 1996-1997-ci illərdə Xarici İşlər Nazirliyində ikinci katib, 1997-1998-ci illərdə birinci katib, 1998-2001-ci illərdə Xarici İşlər Nazirliyində bir sıra vəzifələrdə işləyib. 1998-2001-ci illərdə Azərbaycanın Avstriyadakı səfirliyində müşavir olub. 2005-ci ildə ATƏT-in Təhlükəsizlik Əməkdaşlıq Forumunun sədri olub. 2005-ci ilin avqust ayından 2016-cı ilin sentyabr ayınadək Azərbaycanın Almaniyadakı fövqəladə  və səlahiyyətli səfiri olub.

Ailəlidir, iki övladı var. İngilis, alman və rus dillərini bilir.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti