Pikə Axundovanın müəllif konserti keçirilib

12-10-2017, 16:57
Oxunub: 35
“Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edib


Azərbaycan Dövlət Filarmoniyasında “Mədəniyyət” telekanalının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə bəstəkar-pianoçu Pikə Axundovanın müəllif konserti keçirilib.


APA-nın məlumatına görə, konsertdə əməkdar artistlər Aygün Bəylər, Lalə Məmmədova, Zaur Əmiraslanov, müğənnilər, Zabitə Alıyeva Səbinə Ərəbli, Orxan Cəlilov, Vüsal Hacıyev və başqaları bəstəkarın mahnılarını ifa ediblər.

İfaçıları Fərhad Qarayusiflinin dirijorluğu ilə Azərbaycan Televiziyası və Radiosunun Tofiq Əhmədov adına Estrada-Simfonik Orkestri müşayiət edib. Çıxış edənlər Pikə Axundovanın yaradıcılığı haqqında fikirlərini tamaşaçılarla bölüşüblər. Konsertdə əməkdar artist Natiq Şirinovun rəhbərliyi ilə “Natiq” ritm qrupu və Şəhriyar İmanov da çıxış edib.
Şərhlər : 0 Şərh yaz
Şərhlər administrasiya tərəfindən yoxlanıldıqdan sonra əlavə ediləcəkdir. (Oxucuların diqqətinə çatdırırıq ki, dini, milli və irqi ayrıseçkilik məzmununda, həmçinin insan şərəf və ləyaqətini alçalda biləcək şərhlər əlavə edilməyəcəkdir.)
yenilə, əgər kod görünmürsə



Siz xəbər yaza bilərsiniz XƏBƏR YAZ
Xəbər lenti